Fatma Abdullazadənin 33 yaşlı qızı vəfat etdi - FOTO
16 Fevral 2025
19:10 - 15 Fevral 2025
Hizbullah Livan ictimaiyyətini İsrailin müdaxiləsini və Livanın suverenliyini pozmasını pisləyən etiraz aksiyasında iştirak etməyə çağırıb.
Manset.az xəbər verir ki, bu barədə Hizbullah bəyanat yayıb.
Qeyd edilib ki, Hizbullah İsrailin Livanın işlərinə qarışmasına və bu ölkənin suverenliyinin pozulmasına etiraz olaraq bu axşam Beyrut hava limanının köhnə yolunda xalqa toplaşmağa çağırır.
Hizbullah tərəfdarları iki İran təyyarəsinin Beyruta enişini qadağan edən qərara görə ardıcıl iki gecə ölkənin yeganə beynəlxalq hava limanına gedən yolu bağlayıblar.
Livan hakimiyyəti də təşkilatın hücumlarını hökumətin “Tehran – Beyrut” aviareysini bərpa etmək istəməməsi ilə əsaslandırıb.
Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanının icraçı direktoru Səid Çələndri Mehr-ə bildirib ki, bu səbəbdən Beyruta planlaşdırılan reys ləğv edilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Livan vətəndaşlarını daşıyan sərnişin təyyarəsinin İsrail tərəfindən təhdid edilməsini Livanın milli suverenliyinə qarşı hücum və ölkənin aviasiyasına təhdid adlandırıb.
Başverənlər İsrailin İranın SEPAH Qüds Qüvvələrinin Beyrut Beynəlxalq Hava Limanı vasitəsilə Hizbullaha mülki uçuşlar vasitəsilə silah-sursat və pul ötürüldüyü barədə ittihamından sonraya təsadüf edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin