Fatma Abdullazadənin 33 yaşlı qızı vəfat etdi - FOTO
16 Fevral 2025
18:50 - 15 Fevral 2025
Bakıda təşkil olunan cüdo üzrə "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib.
Manset.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF), həmçinin Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri, yarışa qatılan ölklərin nümayəndələri, idmançılar və azarkeşlər iştirak edib.
Əvvəlcə yarışda iştirak edən bütün ölkələrin bayraqları nümayiş olunub.
Daha sonra Azərbaycan cüdoçularının beynəlxalq turnirlərdə uğurlu çıxışları haqqında videorolik təqdim edilib.
Ardınca Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev çıxış edib. O, ötən il Paris Olimpiadasında uğur qazanan cüdoçuların çıxışlarına diqqət çəkib. Bu yarışın Azərbaycan idmanına verəcəyi faydalardan danışıb və cüdoçulara uğurlar arzulayıb.
Ardınca Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edib. O da "Böyük Dəbilqə"də iştirak edən idmançılara uğurlar arzulayıb. Azərbaycanda keçirilən yarışla bağlı müsbət fikirlər səsləndirib və turniri açıq elan edib.
Sonda həm Azərbaycanın, həm də Beynəlxalq Cüdo Federasiyasının himni çalınıb və ikinci günün final görüşlərinə start verilib.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin