Fatma Abdullazadənin 33 yaşlı qızı vəfat etdi - FOTO
16 Fevral 2025
15:35 - 15 Fevral 2025
Mövcud geosiyasi vəziyyət Avropa Silahlı Qüvvələrinin yaradılmasının zəruriliyini nümayiş etdirir.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
"Mən Avropaya inanıram. Siz də inanmalısınız. Sizi özünüz və Avropa naminə - Avropa xalqları, xalqlarınız, evləriniz, uşaqlarınız və ümumi gələcəyimiz naminə hərəkət etməyə çağırıram", - V.Zelenski qeyd edib.
Onun sözlərinə görə, Avropa özünü təmin etməli və öz gücünü Ukrayna ilə birləşdirməlidir.
"Bir çox liderlər Avropanın öz silahlı qüvvələrinə - Avropa Ordusuna ehtiyacı olduğunu söyləyiblər. Hesab edirəm ki, bu vaxt gəlib çatıb. Avropa Silahlı Qüvvələri yaradılmalıdır", - o əlavə edib.
Dövlət başçısı, həmçinin NATO-nun Baş katibi Mark Rutteyə müraciət edərək belə silahlı qüvvələrin Alyansa əvəzləyici olmayacağını qeyd edib: "Söhbət Avropanın tərəfdaşlığımıza verdiyi töhfəni ABŞ-nin töhfəsinə bərabər etməkdən gedir. Sülh naminə birgə iş zamanı eyni yanaşmaya ehtiyacımız var".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin