Qızıl kəskin bahalaşdı - Bakıda son qiymətlər

14:20 - 15 Fevral 2025

Qızıl kəskin bahalaşdı - Bakıda son qiymətlər

Son dövrlərdə dünya bazarında qızılın qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Bu bahalaşma təkcə beynəlxalq bazarlarda deyil, həm də yerli qızıl satışı sektoruna öz təsirini göstərir.

 

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki qızıl mağazalarından birinin sahibkarı Nadir Ağaverdiyev açıqlamasında bildirib ki, son bir ayda dünya birjasında 999 əyarlı qızılın 1 qramı 13 manat bahalaşıb:

"Bu tendensiya Bakı bazarına da təsir edib və təbii olaraq burada da qiymətlər artıb. Bahalaşma isə satışların zəifləməsinə səbəb olub və sahibkarlar üçün əlverişsiz vəziyyət yaradıb. Hazırda 750 əyarlı xaricdən gətirilən qızılın qramı 155 manata satılır, halbuki 10 gün əvvəl bu qiymət 148 manat idi. Türk istehsalı olan 585 əyarlı qızıl isə 118 manata təklif edilir".


Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin