Fatma Abdullazadənin 33 yaşlı qızı vəfat etdi - FOTO
16 Fevral 2025
14:45 - 15 Fevral 2025
HƏMAS tərəfindən azad edilən, aralarında rusiyalı Aleksandr Trufanovun da olduğu üç girov İsrail Müdafiə Qüvvələrinin müşayiəti ilə İsrail ərazisinə keçib.
Manset.az xəbər verir ki, bu barədə İsrail ordusunun teleqram kanalında məlumat verilib.
“Geri qayıdan girovlar hazırda İsrailin cənubundakı ilkin qəbul məntəqəsinə gedirlər və burada ailə üzvləri ilə görüşəcəklər”, - məlumatda bildirilib.
Qeyd edək ki, yanvarın 19-dan Qəzza zolağında İsrail və HƏMAS arasında fələstinli məhbusların müqabilində israilli girovların azad edilməsinə dair razılaşma çərçivəsində əldə olunmuş atəşkəs rejimi qüvvədədir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin