Fatma Abdullazadənin 33 yaşlı qızı vəfat etdi - FOTO
16 Fevral 2025
13:50 - 15 Fevral 2025
"Beşiktaş"ın portuqaliyalı futbolçusu Jedson Fernandeş "Spartak"a (Moskva) keçməyə razılıq verib.
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya klubu oyunçuya ildə 4 milyon avro məvacib təklif edib.
"Spartak" 26 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, J.Fernandeş 2022-ci ilin yayından "Beşiktaş"da çıxış edir. O, komandanın heyətində müxtəlif turnirlərdə 114 oyun keçirib, 14 qola və 15 məhsuldar ötürməyə imza atıb. Fernandeş "Beşiktaş"ın heyətində Türkiyə Kuboku və Super Kubokunu qazanıb.
"Spartak" Rusiya Premyer Liqasının turnir cədvəlində 18 turdan sonra 37 xalla üçüncü pillədə qərarlaşıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin