Fatma Abdullazadənin 33 yaşlı qızı vəfat etdi - FOTO
16 Fevral 2025
13:32 - 15 Fevral 2025
Rusiya paytaxtı möhtəşəm dəyişikliklərə hazırlaşır. Hökumət tərəfindən köhnəlmiş və qəzalı elan edilmiş əfsanəvi "QİYŞ kitabı" binasının yerində tezliklə paytaxtın yeni superdominantı olacağı vəd edilən 76 mərtəbəli kompleks ucalacaq. Bu iddialı layihənin arxasında azərbaycanəsilli milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus "Kiyevskaya ploşad" qrupu dayanır.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, "Novosti MSB" "Telegram" kanalı həmin göydələnlərin variantlarını paylaşıb.
Bildirilir ki, Yeni Arbatdakı "QİYŞ kitabı"nın yerində tikiləcək "Moskva Dubayı"nın bir hissəsi yaşayış üçün ayrılacaq.
"Kiyevskaya ploşad" qrupunun sahibləri yeni kompleksin Moskvanın bütün mövcud hündürmərtəbəli binalarını kölgədə qoyacağına əminliklərini vurğulayıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin