Fatma Abdullazadənin 33 yaşlı qızı vəfat etdi - FOTO
16 Fevral 2025
13:40 - 15 Fevral 2025
Binə qəsəbə stadionunda bir sıra dəyişikliklər həyata keçiriləcək.
Bu barədə Manset.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Stadionda ehtiyat oyunçular skamyası, paltardəyişmə otağının mebelləri yenilənəcək. Həmçinin xırda kosmetik dəyişikliklər də gözlənilir. Böyük təmir işləri isə nəzərdə tutulmayıb.
Stadionda artıq oyunların keçirildiyi nəzərə çatdırılıb. Bununla yanaşı, müqaviləsi olan bəzi klubların hələ meydandan istifadə etmədiyi vurğulanıb.
Əvəzedicilərdən “Araz-Naxçıvan-2”, “Zirə-2”, “Qarabağ-2”nin, I Liqa təmsilçilərindən MOİK və “Baku Sportinq”in, II Liqadan “Dinamo”nun, həmçinin “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının müqaviləsi olsa da, hələ ki, stadionda oyun keçirməyiblər.
Qeyd edək ki, bir müddət öncə AFFA tərəfindən yenilənən Binə stadionunun süni ot örtüyünün "FIFA Quality Pro" sertifikatına uyğunluğu təsdiqlənib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin