Azərbaycan elminə AĞIR İTKİ - FOTO

13:05 - 15 Fevral 2025

Azərbaycan elminə AĞIR İTKİ - FOTO

Azərbaycanlı alim, siyasi icmalçı, əməkdar jurnalist Yasin Qaraməmmədli dünyasını dəyişib.

 

Manset.az Teleqraf-a  istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Əməkdar jurnalist, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fəlsəfə və sosial fənlər kafedrasının dosenti, fəlsəfə doktoru, siyasi icmalçı Yasin Alı oğlu Qaraməmmədli 1 dekabr 1938-ci ildə Gürcüstanın Başkeçid (indiki Dmanisi) rayonunda anadan olub.

Bakıdakı 19 nömrəli şəhər texniki peşə məktəbində tərbiyəçi, Azərbaycan SSR Nazirlər Soveti Dövlət Mətbuat Komitəsinin Baş Mətbuat İdarəsində (Qlavlit) senzor işləyib.

Həmin ilin noyabrından Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə işə dəvət olunub, 20 ildən artıq bir müddət ərzində burada tərcüməçi, şərhçi, böyük redaktor və baş redaktorun müavini vəzifələrində çalışıb.

Yasin Qaraməmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 7 noyabr tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.



Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin