Fatma Abdullazadənin 33 yaşlı qızı vəfat etdi - FOTO
16 Fevral 2025
12:48 - 15 Fevral 2025
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Manset.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilir.
Qeyd edək ki, 2025-ci il üçün iş vaxtı normasına əsasən, 8 Mart - Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart - Novruz bayramı və 30, 31 mart - Ramazan bayramı iş günləri hesab edilmir.
Martın 8-i və 23-ü şənbə, 24-ü və 30-u isə bazar gününə (qeyri-iş günlərinə) təsadüf etdiyindən müvafiq olaraq, martın 10-u, 25-i, 26-sı və aprelin 1-i qeyri-iş günü sayılacaqdı. Ancaq yeni qərarla martın 10-u və aprelin 1-i iş günü, martın 25-i və 26-sı qeyri-iş günü hesab ediləcək.
Beləliklə, ölkədə martın 20-dən aprelin 1-dək - yəni 12 gün ardıcıl qeyri-iş günü olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin