Azərbaycanda müəllimlər üçün ŞAD XƏBƏR

12:26 - 15 Fevral 2025

Azərbaycanda müəllimlər üçün ŞAD XƏBƏR

"Bu ildən müəllimlərə elektron jurnalları mobil telefondan doldurma imkanı verəcəyik".


Manset.az Trend.az-a istinadən xəbər verir ki, bunu bu gün Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin idarə rəisi Vüsal Xanlarov "Gənc müəllimlərin IV şəbəkələşmə Forum"unda çıxışı zamanı deyib.

O bildirib ki, 2 il ərzində 500 məktəbdə tətbiq edilən elektron jurnallar hər il təkminləşdirilir.

"Bu ildən müəllimlərə elektron jurnalları mobil telefondan doldurma imkanı verəcəyik. Həmin mobil versiya internet olmadan da işləyə biləcək. Bu da müəllimlərə imkan verəcək ki, elektron jurnallar daha rahat doldurulsun", - deyə o əlavə edib.


Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin