DYP-dən sürücülərə MÜRACİƏT

12:20 - 15 Fevral 2025

DYP-dən sürücülərə MÜRACİƏT

Dağlıq rayonlarda yolların buz bağlaması avtomobillərin hərəkətinə çətinlik yarada bilər.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, BDYP-nin Yol Patrul Xidməti Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə dağlıq ərazilərdəki yollarda zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara mövcud vəziyyətlə bağlı məlumat verir:

"Bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfər zamanı zəruri ehtiyat tədbirləri görməyi xahiş edirik".


Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin