PSJ "Liverpul"un futbolçusunu transfer etmək istəyir

13:00 - 15 Fevral 2025

PSJ

PSJ "Liverpul"un müdafiəçisi İbrahima Konateni transfer etmək niyyətindədir.

 

Manset.az xəbər verir ki, Paris klubu 25 yaşlı futbolçunu mayda heyətinə qatmaq istəyir.

İ.Konatenin "Liverpul"la hazırkı müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. Mersisayd klubu daha əvvəl fransalı oyunçuya yeni müqavilə təklif edib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 18 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.


Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin