Əsgərlər bu tarixdə and içəcək

11:55 - 15 Fevral 2025

Əsgərlər bu tarixdə and içəcək

Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri fevralın 16-da keçiriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

"Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik", - məlumatda vurğulanır.


Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin