Azərbaycanda nişanlı oğlandan dəhşətli əməl: Taksi sürücüsünü öldürdü (FOTO)

10:30 - 24 Noyabr 2021

Azərbaycanda nişanlı oğlandan dəhşətli əməl: Taksi sürücüsünü öldürdü (FOTO)

Salyan rayonunda qətl hadisəsinin təfərrüatı məlum olub.

Manset.az xəbər verir ki, rayonun Babazanlı kəndində yaşayan Tural Nəzərov hadisə yerinə idarə etdiyi taksi ilə gələn Səbuhi Qasımov Sərdar oğlu ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Bildirilir ki, qətli törədən şəxs nişanlıdır və bu yaxınlarda toyu olacaqmış.

Qətlə yetirilən gənc isə özünə məxsus VAZ-2107 markalı avtomobillə Salyanda taksi fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı cinayət işi açılıb, hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Qeyd edək ki, fotodakı qətlə yetirilən Səbuhi Qasımovdur.

///Publika.az



Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin