Rektorun istefa səbəbi məlum oldu

11:05 - 15 Fevral 2025

Rektorun istefa səbəbi məlum oldu

Ötən gün Xəzər Universitetinin rektoru İradə Xəlilovanın istefa verdiyi barədə xəbər yayılıb.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, rektorun niyə istefa verdiyi məlum olub.

Universitetdən bildirilib ki, rektor yanvarın 1-də vəzifəsindən azad edilib. Onun rektorluqdan imtina etməsinin səbəbi tədqiqat işi ilə məşğul olmaq istəyi olub.

İradə Xəlilovanın hazırda universitetin nəzdində fəaliyyət göstərən Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru kimi işlədiyi qeyd olunub.

Qeyd edək ki, İradə Xəlilova biologiya elmləri üzrə fəlsəfə doktorudur. O, Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib və müxtəlif universitetlərdə çalışıb. 2014-cü ilin sentyabr ayından Xəzər Universitetində biologiya elmləri kafedrasının müdiri kimi işə başlayıb. 2015-ci ilin oktyabrında isə Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru təyin olunub.


Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin