Bu rayonlara qar yağdı

10:40 - 15 Fevral 2025

Bu rayonlara qar yağdı

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.


Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 15-i saat 10:00-a olan məlumatına əsasən, yağan qarın hündürlüyü Lerikdə 24, Qrızda 16, Şahdağda 10, Şahbuzda səkkiz, Qobustan, Şuşada yeddi, Kəlbəcər, Sədərək, Laçın, Daşkəsəndə beş, Xankəndi, Şərur, Gədəbəydə üç, Göygöl, Qusarda iki, Xocalı, Şəki, Zaqatala, Şamaxı, Naxçıvanda bir santimetr olub.

Bəzi yerlərdə yağış yağıb. Belə ki, düşən yağıntının miqdarı Neftçalada 12, Kürdəmirdə yeddi, Ağsuda altı, İmişli, Sabirabadda beş, İsmayıllı, Zərdabda dörd, Göyçay, Beyləqan, Biləsuvar, Lənkəranda iki, Culfa, Ordubad, Balakən, Yardımlı, Astarada bir, Bakıda və Abşeron yarımadasında isə doqquz millimetrədək olub.

Sumqayıt, Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Bərdə, Yevlax, Hacıqabul, Göyçay, Beyləqan, Neftçala, Sabirabad, Goranboy, Ağdam, Qəbələ, Şəki, Zaqatala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında üç, Aran rayonlarında dörd dərəcəyədək isti, Naxçıvan MR-da altı, dağlıq rayonlarda 11, yüksək dağlıq rayonlarda isə 18 dərəcəyədək şaxta qeydə alınıb.


Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin