Bakıda 2 avtomobil toqquşdu - Ölən var

10:21 - 15 Fevral 2025

Bakıda 2 avtomobil toqquşdu - Ölən var

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Ramil Aslan oğlu Qasımov idarə etdiyi "VAZ 2101" markalı avtomobillə 1999-cu il təvəllüdlü Soltan İlqar oğlu Tağıyevin idarə etdiyi "Toyota Prius" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ 2101"də olan sərnişin, 1993-cü il təvəllüdlü Fərdi Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb. R.Qasımov, S.Tağıyev və onun idarə etdiyi avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Məmməd Rəhim oğlu Şərifov isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.


Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin