“Zirə” “Sumqayıt”a qarşı - Premyer Liqa

09:06 - 15 Fevral 2025

“Zirə” “Sumqayıt”a qarşı - Premyer Liqa

Misli Premyer Liqasında XXIII tura bu gün bir oyunla start veriləcək.

 

Manset.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Zirə" ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 19:00-da səsləndiriləcək.

"Zirə" hazırda turnir cədvəlində 39 xalla üçüncü pillədədir. 7-ci yerdə qərarlaşan Sumqayıt təmsilçisinin isə 22 xalı var.

Misli Premyer Liqası

II dövrə, XXIII tur

15 fevral

19:00. “Sumqayıt” – “Zirə”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, XXIII turun qalan görüşləri fevralın 16-da və 17-də baş tutacaq.


Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin