Fatma Abdullazadənin 33 yaşlı qızı vəfat etdi - FOTO
16 Fevral 2025
22:50 - 14 Fevral 2025
Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi təşkil olunacaq. İmtahanda bakalavrlar məntiq, informatika və xarici dil fənləri üzrə biliklərini yoxlayacaqlar. Qəbul qaydalarına əsasən, hər bir fənn üzrə müəyyən edilmiş suallar cavablandırılacaq və nəticələr əsasında namizədlərin növbəti mərhələyə keçidi müəyyən ediləcək.
Bəs bu il sualların çətinliyi nə qədər gözlənilir?
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Elmin Nuri açıqlamasında bildirib ki, ötən illər, xüsusən də imtahanın ikinci cəhdində “Məntiq” predmeti üzrə riyazi profilli sualların sayı həddindən artıq çoxaldılmışdı:
“Bilirik ki, magistratura imtahanında üç istiqamət var: “Məntiq” - 50 sual, “İnformatika”- 25 sual, “İngilis dili” isə 20 sualdır və hər bir sual bir balla qiymətləndirilir. 5 ballıq qiymətləndirmə üçün isə esse tələb olunur. Essedə iştirak icbari deyil, könüllüdür. Düzgün variantların səhv variantları aparmaq mexanizmi yoxdur. Keçən il hər iki cəhddə xarici dil fənn bloku üzrə salınmış suallar daha yaxşı idi. Ona görə ki, tələbələr daha çox nəzərə alınmışdı, həm innovativlik, həm çağdaş təhsil, həm də əsas düşüncə parametrlərinə görə vaciblik burada özünü göstərmişdi. İngilis dilindən cəmi 3-4 qrammatika sualı vardı, amma əvvəllər istər bakalavr, istər magistraturada 25 sualdan 17-18-i qrammatika sualı olurdu. Qrammatika əzbərçilik, standart təhsil yanaşmasını tələb edir, amma nə yaxşı ki, artıq daha çox təfəkkür və təhlil tələb edən suallar var. Məsələn, mətn tipli, situasiya tipli, dinləmə ilə bağlı sualların sayı artırıldı. Bunlar bizi qapalı testlərdən xilas etdi. İndi də esse mərhələsi var ki, bunun sayəsində bir baldan beş bala qədər qiymətləndirilə bilərsiniz”.
Təhsil eksperti həmçinin ötən imtahanlardakı məntiq suallarından danışıb:
“Məntiq fənni üzrə riyazi profilli sualların sayı çoxdur. Deyə bilərsiniz ki, məntiq onsuz da riyaziyyatdır. Ancaq məntiqin verbal, qeyri-verbal, sözlü, fiqurlu-əsaslı kimi növləri var. Ötən imtahanda birbaşa düstur tələb edən hesab əməllərinin sayı çoxaldılmışdı. Məsələn, aşkar operatorlar, qeyri-aşkar operatorlar, riyazi əməllər, həmçinin rebus, şəkil münasibətləri, şəkil, ardıcıllıq, dairə və sahə kimi məsələlərdə fəza təsəvvürü tələb olunur. Burada həndəsi təfəkkür istənilir. Amma birbaşa düstur tələb edən suallar da vardı. Bu SAT imtahanı deyil ki, həmin sualı cavablamaq üçün riyaziyyatdan konkret düsturları bilməlisən. Belə sualların sayının artırılması məni qətiyyən qane etmədi. İnformatikadan da qane etməyən detallardan biri yenə düstur və riyazi əsaslı sualların çox olması idi”.
E.Nurinin fikrincə, bu imtahanlarda da eyni tendensiya təkrarlana bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin