BAKU TV-də peşəkar telejurnalist Elçin Əlibəylinin moderatoru olduğu "Baku Aktual" verilişində Qərbin Azərbaycandakı media şəbəkəsi müzakirə edilib.
Manset.az xəbər verir ki, verilişdə Milli QHT Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli, siyasi şərhçi Taleh Şahsuvalı, Mətbuat Şurası İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərli və Hacıbəy Heydərli iştirak edib.
Hacıbəy Heydərli verilişdə çıxışı zamanı bildirib ki, USAİD kimi təşkilatların fəaliyyətini ABŞ-dan öncə Azərbaycanda ifşa edilib: Azərbaycan dövləti bu təşkilatların əsl mahiyyətini ABŞ-dan daha öncə bilirdi. Bu kimi təşkilatlar cəmiyyətin müxtəlif təbəqələrinə o cümlədən də medialara nüfuz edərək, insanlar arasında çaxnaşma, xaos, narazılıq yaratmaq məqsədi güdür. Azərbaycan da bundan xəbərdar oldu və vaxtında onların qarşısını almağı bacardı".
Hacıbəy Heydərli həmçinin bildirib ki, USAİD təşkilatı 2020-ci il ABŞ-dakı Prezident seçkiləri zamanı birbaşa Trampa qarşı qara pr, dezinormasiya kampaniyası aparıb:
"Qərb hər zaman "mən dediyimi elə, mən elədiyimi eləmə” prinsipi ilə hərəkət edib. Ancaq 2020-ci il seçkilərindən sonra Tramp və onun komandası USAİD-in əsl mahiyyətini öz üzərində hiss etdi. Məhz bu təşkilatın maliyyəsi ilə hərəkət edən media qurumları Trampa qarşı çirkin kampaniya apardı, nəticədə Demokratlar hakimiyyətə gəldi. Bu səbəbdən də hakimiyyətə qayıdan kimi onun ilk işi bu təşkilatı ifşa etmək oldu”.
Həmin verilişi təqdim edirik: