ABŞ Polşanın hərbi ehtiyacları üçün 11 milyard dollar ayıracaq

19:05 - 14 Fevral 2025

ABŞ Polşanın hərbi ehtiyacları üçün 11 milyard dollar ayıracaq

ABŞ Foreign Military Finance ("Xarici Hərbi Maliyyələşdirmə") proqramı çərçivəsində Polşanın hərbi ehtiyacları üçün 11 milyard dollar ayıracaq.

 

Manset.az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bu gün Pentaqon rəhbəri Pit Heqset ilə danışıqlardan sonra sosial şəbəkə paylaşım edib.

"11 milyard dollar məbləğində maliyyə dəstəyi Polşa Ordusunun transformasiyası və modernləşdirilməsinə birbaşa təsir edir və hərbi əməkdaşlığımızı gücləndirir", - o bildirib.


Xəbər xətti

15 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin