Martda neçə gün iş olmayacaq?
15 Fevral 2025
17:57 - 14 Fevral 2025
Azərbaycan və Rusiya tərəfdaşlıq, müttəfiqlik münasibətlərinə malikdir və bu münasibətlərə xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur.
Manset.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Azərbaycan və Rusiya münasibətləri uzun tarixə malikdir və bu, müvafiq sənədlərlə təsbit olunub. Buna görə də hesab edirəm ki, bu münasibətlərin tarixi və qüvvədə olan beynəlxalq hüquqi bazası olduğu üçün bu iki amil həmin münasibətlərin gələcəyini müəyyən edir. Əlbəttə, münasibətlərdə hər şey ola bilər və biz indi bunu yaşayırıq", - M.Zaxarova deyib.
Onun sözlərinə görə, ölkələrin və xalqların tarixi nə qədər zəngindirsə, problemli məsələlər bir o qədər kəskin yaşanır, "biz məsələlərin konstruktiv həllinə hazırıq və bu barədə dəfələrlə xatırlatmışıq".
"Biz rəsmi Bakını nəyin narahat etdiyini bilirik. Biz yaxşı başa düşürük ki, Azərbaycan və Rusiya vətəndaşlarının həyatına son qoyan faciə, təyyarə qəzası (2024-cü ilin dekabr ayının sonunda AZAL-a məxsus təyyarənin qəzaya uğraması) həm orada, həm də bizdə çox kəskin şəkildə yaşanır", - XİN rəsmisi bildirib.
O vurğulayıb ki, belə birgə tarix, o cümlədən də regional məsuliyyət zonası və inkişaf perspektivləri ilə bir-birinə bağlı olan xalqlar və ölkələr arasında nifaq salmaq cəhdləri uğursuzluğa məhkumdur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin