Zəngəzur dəhlizi məsələsi öz həllini tapacaqmı? - AÇIQLAMA

10:00 - 15 Fevral 2025

Zəngəzur dəhlizi məsələsi öz həllini tapacaqmı? - AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevral ayında İran İslam Respublikasına səfər edib.  Səfər çərçivəsində Hikmət Hacıyev İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb. İran İslam Respubkilası ilə münasibətlərin normallaşdığı bir vaxtda, Zəngəzur dəhlizi məsələsi öz həllini tapacaqmı?

 

Mövzu ilə bağlı Manset.az-a danışan siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, Azərbaycanın İranla münasibətləri təbiidir ki, bir xəttlə getmir:

"Enişli-yoxuşlu münasibətlərdir. Azərbaycan çalışır ki, qonşu dövlətlər ilə xoş münasibət saxlasın. Amma qonşularımızın demək olar ki, əksəriyyəti Azərbaycanın bu münasibətini başa düşmürlər. İlk növbədə bu İranada aiddir. İran Azərbaycana qarşı diqtə mövqeyinden çıxış etməyə çalışır. Xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı İran fərqli mövqe tutub. Özünün qırmızı xətti elan elədi. Amma Azərbaycan bizə qarşı olan istənilən diqtənin qarşısını əks həmlə ilə alır. Artıq hər bir dövlət Azərbaycanın mövqeyi ilə hesablaşır. İran çoxdan hesablaşır. Çünki, İran regionun ən zəif dövlətinə çevrilir. Heçnə edə bilmir. Cənubi Qafqazda mövqeyini tamamilə itirib. İran Ermənistan ilə çox yaxın idi amma artıq orada da mövqeyini itirib. Kiminsə müdafiəsinə ehtiyacı var. O müdafiənidə Rusiyadan gözləyir.
Azərbaycan da öz mövqeyini açıq şəkildə ortaya qoydu. Biz normal münasibətlər qurmaq istəyirik. Ən azından qonşudur və orada 30 milyon soydaşımız yaşayır. Bunlara əsasən Azərbaycan İranla münasibətləri qaydasında saxlamağa çalışır. Son dövrlərdə bir qədər münasibətlər yenidən normallaşıb. Hikmət Hacıyevin səfəridə onu göstərdi. Hikmət Hacıyevi yüksək səviyyədə qəbul etdilər. Bu İranın Azərbaycana ehtiyacından irəli gəlir. İran artıq Azərbaycana möhtacdır. Ona görə, o şəkildə münasibətlər qurur və Hikmət Hacıyevidə yüksək səviyyədə qəbul elədilər. 
Qarşılıqlı əlaqələr ilə bağlı razılaşmalar əldə olunub. Şimal-cənub dəhlizi ilə bağlı danışıqlar aparıldı. Bunlar hamısı vacib məsələlərdir. Şimal-cənub dəhlizi Azərbaycan, Rusiya və İranın müştətək layihəsidir. Azərbaycanda orada həlledici rol oynayır. İranda bu proseslərdə həlledici rol oynayan ölkələrdən biridir. Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı əvvəl ki, dırnaqarası barışmaq, qırmızı xətt mövqeyindən İran geri çəkilib. Başa düşürki, onların mövqeyi ilə heç kəs hesablaşan deyil. Regionda prosesləri Azərbaycan və Türkiyə bir yerdə həll edir. Ermənistan da bununla hesablaşır. Ona görə də, İranla olan yaxınlaşma Zəngəzur dəhlizinin qarşısında olan maneələrindən birinin aradan qaldırılması deməkdir. İran artıq heç bir maneə törədə bilmir. Bu cür münasibətlər Zəngəzur dəhlizinin tezliklə işə salınmasına gətirib çıxaracaq".

 

Politoloq Sultan Zahidov məsələ ilə bağlı danışarkən qeyd edib ki, inanmıram ki, Zəngəzur dəhlizində İran öz mövqeyindən indiki halda geri çəkilsin.

"İran çünki düşünür ki, Zəngəzur dəhlizi onun milli maraqlarına ziddir və onun strateji dəyərini xeyli azaldacaqdır. O ki, qaldı Rusiyaya, Rusiya dəhlizin olmasında maraqlı deyil amma kommikinasiyaların açılmasında maraqlıdır. Dəhlizin olmasında da o şəkildə maraqlıdır ki, üçtərəfli bəyanatın 9-cu bəndi təmin olunsun. Yəni orada dəhlizə nəzarət FSB-nin sərhəd xidmətinin əlində olsun. İndiki halda Azərbaycanın iran səfərində əsas məqsədlərdən biri Şimal-cənub koridorunun işə düşməsidir. Bu koridor öz tam potensialını yerinə yetirə bilmir. iranın destruktiv mövqeyi səbəbindən hələdə Rəşt-Astara dəmiryolU tikilməyib. İran rəsmiləri səfərdən sonra açıqlama verdilərki, yazda onun tikintisinə start veriləcək. Şimal-cənub koridorunun əhəmiyyəti heç də az deyil. Azərbaycanın bundan böyük gözləntiləri var.  Burada sözsüz ki, Rusiyanında maraqları var. İranında maraqları var. Amma İran müəyyən səbəblərdən bu prosesi neçə illərdir ki, uzatmağa doğru gedir. Bu da iki ölkə arasındakı münasibətlərə təsir göstərməkdədir".  

 

Seyranə Quliyeva


Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin