Prezidentdən hərbi xidmətlə bağlı SƏRƏNCAM

16:22 - 14 Fevral 2025

Prezidentdən hərbi xidmətlə bağlı SƏRƏNCAM

Prezident hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı Sərəncam imzalayıb.

 

Manset.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995–2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.


Xəbər xətti

15 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin