Fatma Abdullazadənin 33 yaşlı qızı vəfat etdi - FOTO
16 Fevral 2025
15:58 - 14 Fevral 2025
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada bir çox silahlı ekstremist qrupların artıq məhv edildiyini və ölkənin yeni hakimiyyət orqanlarının ölkəni terrorçulardan təmizləmək planını həyata keçirməyə davam etdiyini bildirib.
Manset.az-ın məlumatına görə, o, bu barədə Asiya turnesindən qayıdarkən jurnalistlərinə danışıb.
"Biz görürük ki, Suriyada bir çox silahlı qruplar artıq məhv edilib. Terror təşkilatları anlamalıdır ki, Suriyada onlara yer yoxdur. Əks təqdirdə, lazımi addımları atmaqdan çəkinməyəcəyimizi vurğulamaq istərdim. Suriyada vəziyyət günü-gündən yaxşılaşır və problemlər daha asan həll olunur. Suriyada hakimiyyətdə öz xalqı ilə dialoq quran bir hökumət var".
Ərdoğan bildirib ki, fevralın 4-də Ankarada Əl-Şara ilə təmasları zamanı Suriyanı bərpa etmək və ölkənin birliyini təmin etmək üçün atılması lazım olan addımlar hərtərəfli qiymətləndirilib”. "Türkiyənin Suriyada sülh və sabitliyə nail olmaq əzmi bölgədəki bütün iştirakçılar üçün böyük əhəmiyyət kəsb edir. Biz Suriyanın şimalında fəaliyyət göstərən və ölkəmiz üçün təhlükə yaradan terror təşkilatlarına sağ qalmaq şansı qoymamışıq. Bölgədə baş verən hər şeyi yaxından izləyirik və dərhal reaksiya veririk".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin