Belçika ən qədim nüvə reaktorunu bağlayacaq

15:34 - 14 Fevral 2025

Belçika ən qədim nüvə reaktorunu bağlayacaq

Belçikada ilk olan və 50 ildir fəaliyyət göstərən Doel 1 Nüvə Reaktoru bu gün həmişəlik bağlanacaq.

 

Manset.az-ın məlumatına görə, ölkədə enerji sektorunda fəaliyyət göstərən və atom elektrik stansiyalarını işlədən Engie Electrabel şirkəti tərəfindən verilən açıqlamada Antverpen şəhəri yaxınlığında yerləşən Doel Atom Elektrik Stansiyasının 1 nömrəli reaktorunun bu gün saat 21:45-də fəaliyyətinin dayandırılacağı açıqlanıb.

1969-cu ildə inşasına başlanan və 1975-ci ildə fəaliyyətə başlayan ən qədim nüvə reaktoru Doel 1 50 ildən sonra elektrik şəbəkəsindən ayrılacaq.

Bağlama əməliyyatlarından sonra reaktorun soyumasına icazə veriləcək və təzyiq səviyyəsi aşağı salınacaq. Təxminən beş il çəkəcəyi gözlənilən proses başa çatdıqdan sonra reaktordakı nüvə yanacağı boşaldılacaq. Reaktorun son sökülməsinin 10 ildən sonra baş tutacağı gözlənilir.

Doel 1-dən sonra Doel 2 Reaktorunun noyabrın sonunda bağlanması planlaşdırılır.


Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin