Azərbaycanda bu nikah mərasiminə prezident gəldi - FOTO

14:16 - 14 Fevral 2025

Azərbaycanda bu nikah mərasiminə prezident gəldi - FOTO

Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.


Manset.az  xəbər verir ki, prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Eyni zamanda ona "ASAN xidmət" modeli ilə bağlı təqdimat edilib.

Somali prezidenti burada, həmçinin, azərbaycanlı cütülüyün nikahında iştirak edərək şahid olub.

Qeyd edək ki, Somali prezidentinin Azərbaycana səfəri bu gün başa çatıb.



Xəbər xətti

15 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin