Martda neçə gün iş olmayacaq?
15 Fevral 2025
13:11 - 14 Fevral 2025
Rusiyanın texnoloji şirkəti "Yandeks" xüsusi xidmətlər göstərmək proqramı çərçivəsində yaxın 3 il ərzində Türkiyəyə 400 milyon dollar sərmayə qoymağı planlaşdırır.
Manset.az xəbər verir ki, bunu Türkiyədə süni intellekt sektorundakı investisiya proqramlarını və irəliləyişləri qiymətləndirən Yandex Search Turkey şirkətinin baş direktoru Aleksandr Popovski qeyd edib:
"Türkiyə rəqəmsal bazarının dinamik inkişafını yaxından izləyirik və bu prosesin bir parçası olmaqdan qürur duyuruq. Biz Türkiyənin texnologiya ictimaiyyəti, müxtəlif təşkilatlar və xüsusilə də təhsil müəssisələri ilə mənalı əməkdaşlıq qurmağı hədəfləyirik".
Bildirilib ki, ilk mərhələdə şirkət Yandex Reklam həlləri və Yandex Türkiyə Başlanğıc proqramı vasitəsilə yerli biznesə dəstək verəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin