Fatma Abdullazadənin 33 yaşlı qızı vəfat etdi - FOTO
16 Fevral 2025
12:22 - 14 Fevral 2025
Dünya Bankı Pakistana müxtəlif layihələrin inkişafı üçün yaxın on il ərzində 40 milyard dollara qədər kredit ayıracaq.
Manset.az xəbər verir ki, bu barədə Dünya Bankının rəsmiləri Yaponiyanın Nikkei xəbər agentliyinə bildiriblər.
Məlumata görə, inkişaf proqramları təkcə dövlətdə deyil, həm də özəl sektorda cəmləşəcək. Bunlara, xüsusən, uşaqların təhsili, enerji layihələri, o cümlədən bərpa olunan enerji, infrastruktur layihələri və s. daxildir.
Dünya Bankı bundan əvvəl Pakistan üçün Ölkə Tərəfdaşlığı Çərçivəsinin işə salındığını elan etmişdi və bu çərçivədə 240 milyon əhalisi olan ölkə növbəti on il ərzində 20 milyard dollar alacaq. Bu vəsait ölkədə uşaqların qidalanmasının yaxşılaşdırılması, təhsilin səviyyəsinin yüksəldilməsi, təmiz enerjinin inkişafı, iqlim dəyişikliyinin təsirləri ilə mübarizə və infrastruktur layihələrinə özəl-dövlət investisiyalarının inkişafına yönəldiləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin