UNRWA Qəzza sakinlərinə görə çağırış etdi

09:46 - 14 Fevral 2025

UNRWA Qəzza sakinlərinə görə çağırış etdi

Qəzza zolağında humanitar proqramların sayının artmasına baxmayaraq, sığınacaqların olmaması və çətin hava şəraiti səbəbindən anklavın bir çox sakinlərinin vəziyyəti son dərəcə ağır olaraq qalır.

 

Manset.az xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat yayıb.

Bildirilib ki, humanitar yardım Fələstin anklavının əhalisinin böyük ehtiyaclarını ödəmək üçün genişləndirilməlidir".

UNRWA həmçinin bildirib ki, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minəndən bəri agentliyin işçiləri azı 1,5 milyon insanı qida ilə təmin edib və anklava qayıdan insanlar üçün yeddisi Qəzza şəhərində və daha 30-u anklavın şimalında olmaqla 37 yeni sığınacaq açıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin qətli və əsirlərin girov götürülməsi ilə müşayiət olunandan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail Fələstin anklavında quru hərbi əməliyyata başlayıb. Döyüşlər, Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında əldə olunan razılaşmada nəzərdə tutulduğu kimi, Qəzzada atəşkəsin qüvvəyə mindiyi 19 yanvar 2025-ci ilə qədər davam etdi. 


Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin