Şahmat üzrə Azərbaycan çempionatında finalın ilk oyunları keçirildi

01:00 - 14 Fevral 2025

Şahmat üzrə Azərbaycan çempionatında finalın ilk oyunları keçirildi

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirilib.

 

Manset.az xəbər verir ki, kişi şahmatçıların finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb.

Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva Günay Məmmədzadəyə qalib gəlib.

3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva Gülnar Məmmədovadan güclü olub. Sabah medallar uğrunda görüşlərdə cavab partiyaları oynanılacaq.

Qeyd edək ki, kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.


Xəbər xətti

14 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin