“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti DAYANDIRILIR
14 Fevral 2025
23:51 - 13 Fevral 2025
“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır.
Manset.az xəbər verir ki, bu barədə APA-ya hökumətdəki mənbələrdən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda "Sputnik-Azərbaycan" və "BBC News Azərbaycanca"nın redaksiyaları bağlanacaq.
Qeyd edək ki, “Sputnik-Azərbaycan" Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərir.
Bu gün yerli mətbuatda “Sputnik Azərbaycan”ın və BBC-nin (“BBC News Azərbaycanca”) Azərbaycandakı redaksiyalarının işində Azərbaycan tərəfindən tənzimləmələr edilcəyi barədə məlumat yayılıb.
Məlumatda bildirilirdi ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.
Başqa sözlə, "Sputnik-Azərbaycan"ın Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq.
Hazırdı bu paritet ciddi şəkildə pozulub. Belə ki, AZƏRTAC-ın Rusiyada cəmi bir müxbiri olduğu halda, “Spitnik Azərbaycan”ın Bakıda bütöv redaksiyası fəaliyyət göstərir.
Eyni paritet yanaşmanın “BBC Azərbaycanca"ya da tətbiq ediləcəyi qeyd olunurdu.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin