Husilər Trampı hədələdi

19:20 - 13 Fevral 2025

Husilər Trampı hədələdi

Yəmənin “Ənsar Allah” (Husi) hərəkatı ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının sakinlərini köçürmək planının reallaşacağı təqdirdə raket hücumları ilə hədələyib.

 

Manset.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın lideri Abdel Malik əl-Husi bildirib.

“ABŞ və İsrail Fələstin xalqını məskunlaşdırmaq planını tətbiq edərsə, biz də öz növbəmizə hərbi müdaxilə edəcəyik. Biz bunu sakitcə izləməyəcəyik, güc yolu ilə hərəkət planını həyata keçirmək qərarına gəlsələr, raket hücumlarını, pilotsuz təyyarələrin buraxılışlarını, dəniz əməliyyatlarını və digər vasitələrdən istifadəni bərpa edəcəyik”, - o qeyd edib.


Xəbər xətti

14 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin