Sabah bu ərazilərdə qaz OLMAYACAQ
13 Fevral 2025
18:45 - 13 Fevral 2025
Şimali Avropa və Baltik regionundan kənar NATO ölkələri "Baltic Sentry" missiyasına qoşulacaq.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış Brüsseldə jurnalistlərə bildirib.
"Bu missiya NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı Kristofer Kavoli və baş katib Mark Rutte tərəfindən başladılıb. Bu gün biz təkcə Baltik dənizi ilə həmsərhəd olan ölkələrin deyil, həm də Fransa, Belçika və digər müttəfiqlərimizin kritik infrastrukturun, kabellərinin qorunması üçün cəlb olunacağı barədə bəyanatlar eşitdik", - Polşa naziri mətbuat konfransında deyib.
Yanvar ayında M.Rutte Helsinkidə sualtı infrastrukturun - enerji və informasiya kabellərinin qorunması üçün Baltik dənizində "Baltic Sentry" missiyasının başladılmasını elan edib. Əməliyyatda alyans ölkələrinin freqatları və dəniz patrul təyyarələri iştirak edəcək. Missiyanın başladılması 2024-cü il dekabrın 25-də Finlandiya və Estoniya arasındakı sualtı kabelə dəyən zərərə cavab olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin