Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi

18:07 - 13 Fevral 2025

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mərdəliyev Ceyhun Dadaxan oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Bolqarıstan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Ceyhun Mərdəliyevin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

Fevralın 7-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ceyhun Mərdəliyev Bolqarıstandan ölkəmizə gətirilib.


Xəbər xətti

14 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin