Tanışı tərəfindən bıçaqlanaraq öldürüldü

23:26 - 23 Noyabr 2021

Tanışı tərəfindən bıçaqlanaraq öldürüldü

Salyan rayonunda qətl hadisəsi baş verib.

Manşet.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, yaşayış massivinin sakini, 1992-ci il təvəllüdlü Qasımov Səbuhi Sərdar oğlu mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Bir bıçaq zərbəsi alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin