İspaniyada kimyəvi embarqonu pozan 5 nəfər həbs edildi

15:26 - 13 Fevral 2025

İspaniyada kimyəvi embarqonu pozan 5 nəfər həbs edildi

İspaniya  polisi Avropanın Rusiyaya kimyəvi tədarüklərə qoyulan embarqosunu pozmaqda şübhəli bilinən 5 nəfəri saxlayıb.
 

Manset.az xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının press-relizində deyilir.

Barselona və Valensiya əyalətlərində “qadağan olunmuş malların qaçaqmalçılığı”nda iştirakda şübhəli bilinən şəxslər saxlanılıb. Polisin qeyd etdiyi kimi, bu, əməliyyatın ikinci mərhələsidir, onun çərçivəsində 2024-cü ilin oktyabrında hüquq-mühafizə orqanlarının əməkdaşları Barselona limanında Rusiyaya göndərilmək üçün nəzərdə tutulmuş 13 ton kimyəvi məhsul ələ keçiriblər.


Xəbər xətti

13 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin