Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatında spirtli içkilərlə bağlı ŞOK QƏRAR

14:33 - 13 Fevral 2025

Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatında spirtli içkilərlə bağlı ŞOK QƏRAR

Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Xalid bin Bəndər Al Səud ölkəsində 2034-cü ildə keçiriləcək dünya çempionatı üçün spirtli içki qadağasının qüvvədə qalacağına işarə edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunda stadionlarda spirtli içkilər satılmasa da, müəyyən edilmiş azarkeş zonalarında və bəzi otellərdə pivə satışına icazə verilib.

Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Xalid bin Bəndər Əl Səud bunu Britaniyanın LBC radiostansiyasına deyib: "Spirtsiz çox əylənə bilərsiniz. Bu, 100% lazım deyil".

Əl Səud bildirib ki, mədəniyyətimizi başqaları üçün dəyişdirmək istəmirik.


Xəbər xətti

13 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin