Qayınata gəlinini öldürdü - SƏBƏB

14:06 - 13 Fevral 2025

Qayınata gəlinini öldürdü - SƏBƏB

Türkiyənin Ankara şəhərində gəlini Derya Dəmiri (42) öldürən Satılmış Dəmir (67) barəsində hökm oxunub.

 

Manset.az Türk mediasına istinadən xəbər verir ki, həyat yoldaşı Yusuf Dəmirin ofisində tapança ilə intihar etməsindən bir həftə sonra üç uşaq anası Derya Dəmir qayınatası Satılmış Dəmir tərəfindən silahla öldürülüb.

Məlumata görə, gəlinini öldürən qaynata 24 il azadlıqdan məhrum edilib. 

Bu gün keçirilən son iclasda həbsdə olan şübhəli Dəmir və tərəflərin vəkilləri iştirak edib. 

Hadisəni törədən şəxs törətdiyi əməldən peşman olduğunu bildirib. 

"Ölən gəlinimin nalayiq şəkillərini gördüm. Birdən özümü narahat hiss etdim. Nə etdiyimi bilmədim".


Xəbər xətti

13 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin