Kabildə hökumət binasında terror aktı törədildi

12:48 - 13 Fevral 2025

Kabildə hökumət binasında terror aktı törədildi

Əfqanıstanın Kabil şəhərində Şəhərsalma və Mənzil Təsərrüfatı Nazirliyinin binası qarşısında kamikadzenin partlaması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin mətbuat orqanları məlumat yayıb.

Bildirilib ki, terrorçu binaya girməyə cəhd edib, lakin təhlükəsizlik işçiləri tərəfindən qarşısını alıb.

Əfqanıstanın Şəhərsalma və Mənzil Təsərrüfatı Nazirliyinin sözçüsü Məhəmməd Kamal Əfqan partlayışın terrorçunun qapıda mühafizəçilər tərəfindən məhv edildikdən sonra baş verdiyini təsdiqləyib. İdarənin nümayəndəsinin sözlərinə görə, terror aktı nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.


Xəbər xətti

13 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin