Xalq artistinin oğlu yüksək vəzifəyə seçildi - FOTO
13 Fevral 2025
10:51 - 13 Fevral 2025
Sabunçuda təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Manset.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Bakıxanov qəsəbəsini qidalandıran 10 kV-luq hava xətlərindən bəzilərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar fevralın 13-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 17:00-dək qəsəbənin Şamil Kamilov, Mahir Əmirov, Sülh, Ramiz Qəmbərov, Ruhulla Axundov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin