Qod Nisanovla İlham Rəhimovun şirkətləri yoxlanılır? - AÇIQLAMA
13 Fevral 2025
09:42 - 13 Fevral 2025
Çin rəsmiləri ABŞ-yə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş üçün sammitin keçirilməsi təklifi göndərib.
Manset.az xəbər verir ki, bu barədə "The Wall Street" qəzeti məlumat yayıb.
Eyni zamanda, qəzetin qeyd etdiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenskinin görüşdə iştirakı gözlənilmir.
WSJ mənbələrinə görə, Çin də mümkün atəşkəsdən sonra sülhməramlı səylərə kömək etməyə hazır olduğunu bildirib. Ağ Evdəki mənbə qəzetə bildirib ki, Çinin təklifi ABŞ və Avropada skeptisizmlə qarşılanıb. Həmsöhbət Pekinin təklif etdiyi görüşün tamamilə qeyri-real olduğunu vurğulayıb.
Məqalədə deyilir ki, Çin təklifi prezident Si Cinpinin Amerika tariflərinin qarşısını almaq üçün cənab Trampla danışıqlara başlamaq istəyini əks etdirir. Bununla yanaşı, Çin lideri münaqişənin həllində hər hansı yardımın Moskva ilə Pekin arasında sıx münasibətlər üçün təhlükəyə çevrilməsini istəmir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin