Abşerondakı bu məktəbə bit düşüb? - VİDEO

08:45 - 13 Fevral 2025

Abşerondakı bu məktəbə bit düşüb? - VİDEO

Abşeron rayonunun Qobu qəsəbəsi 3 nömrəli məktəbdə bit yayıldığına dair iddialar yayılıb.

 

Manset.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, şagirdlər bu halla bağlı müəllimlər tərəfindən də təlimatlandırılıblar.

Məktəbin yuxarı sinif şagirdləri isə bildiriblər ki, sözügedən durum daha çox ibtidai siniflərdə yayılıb.

Məktəbdən verilən açıqlamada isə iddialar təkzib olunub. 

Ərazi üzrə təhsil idarəsinin açıqlamasında isə məktəbdə sanitar vəziyyətin nəzarətdə saxlanılması üçün mütəmadi profilaktik tədbirlərin görüldüyü qeyd olunub.

Daha ətraflı videomaterialda:


Xəbər xətti

13 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin