Futbol agenti "Barselona"nı məhkəməyə verəcək

08:15 - 13 Fevral 2025

Futbol agenti

Futbol agenti İsaak Lopes İspaniyanın "Barselona" klubunu məhkəməyə verəcək.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb 2022-ci ildə "Sevilya"dan Kataloniya təmsilçisinə keçən Jül Kundenin transferindən 3 milyonluq komissiyanın hələ də ona ödənilməməsidir.

Müqavilə şərtlərində yer alan bəndə əsasən, qarşı tərəf ona sözügedən məbləği ödəməli olsa da, üzərinə düşən öhdəliyi yerinə yetirmir.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi "Barselona"nın heyətində 124 oyun keçirib və 6 qol vurub.


Xəbər xətti

13 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin