Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə bilərmi? - AÇIQLAMA

23:25 - 12 Fevral 2025

Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə bilərmi? - AÇIQLAMA

Bu gün Azərbaycanda təhsil sistemində repetitorluq geniş yayılıb. 1-ci sinifdən etibarən uşaqlar repetitor yanına getməyə başlayır, sanki məktəb mövcud deyilmiş kimi.

Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə bilərmi?

 

Manset.az Milli.Az-a istinadən xəbər verir ki, təhsil mütəxəssisi Kamran Əsədov hesab edir ki, repetitor sisteminin ləğv edilməsi tədricən həyata keçirilməlidir. Lakin bu halda məktəblərin bu boşluğu doldurmaq üçün hazır olub-olmadığı sual doğur. Məktəblər, müəllimlər və şagirdlər arasında balans yaradılmadan repetitorluğun ləğvi problemləri həll etmir.

Əgər məktəb mövcud tədris proqramı ilə lazımi nəticəni əldə etmirsə, repetitorluq yerini nə ilə dolduracaq?

"Repetitorluğun tamamilə aradan qaldırılması təhsilin keyfiyyətini yaxşılaşdırmadan mümkün deyil. Təhsildə həqiqi islahatlar edilmədən repetitorluğu ləğv etməyə çalışmaq xəstəliyin müalicəsi olmadan dərman atmağa bənzəyir. Əsas məqsəd məktəblərdə o cür təhsil vermək olmalıdır ki, repetitorlara ehtiyac qalmasın.

İbtidai siniflərdə uşaqların repetitor yanına göndərilməsi onların uşaqlığını əlindən alır. Lakin orta və yuxarı siniflərdə bəzi fənlər üzrə əlavə dəstək hər zaman lazım ola bilər. Hər bir şagird fərqli öyrənir və məktəbdə hər kəsin eyni templə öyrənməsi mümkün deyil. Bu səbəbdən repetitorluq bir məcburiyyət deyil, bir seçim olmalıdır.

Əgər məktəblər güclü olsa və təhsil keyfiyyəti artarsa, repetitorluq öz-özünə azalacaq. Lakin məktəbləri dəyişdirmədən sadəcə repetitorluğu ləğv etməklə uşaqların əlindən imkanları almış olarıq. İslahatlar təhsilin zəif tərəflərindən yox, bütün sistemdən başlamalıdır!"


Xəbər xətti

13 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin