Bakı-Tbilisi-Bakı qatar reysi bərpa edilir?
13 Fevral 2025
22:00 - 12 Fevral 2025
Rusiyanın müdafiə xərclərində artım Avropanın analoji xərclərini ötüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında bildirilir.
Məlumata görə, Avropa ölkələrinin müdafiə büdcələrini artırmasına baxmayaraq, Rusiyanın müdafiə xərcləri Avropanı üstələyib.
Mərkəz qeyd edib ki, ötən il Rusiyanın hərbi xərcləri 2023-cü illə müqayisədə 42 faiz artaraq 13,1 trilyon rubl təşkil edib və bu, alıcılıq qabiliyyəti pariteti üzrə 462 milyard ABŞ dollarına ekvivalentdir.
Avropanın 2024-cü il üçün ümumi müdafiə xərcləri isə 457 milyard dollar təşkil edib, bu isə 2023-cü ildən 11,7 faiz çoxdur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin