"Suriya ilə Rusiya arasında güclü strateji əlaqələr var" - Əş-Şəraa

21:20 - 12 Fevral 2025

Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şəraa Rusiya lideri Vladimir Putinlə söhbətində iki ölkə arasında güclü strateji münasibətlər olduğunu vurğulayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Əş-Şəraa ofisinin danışıqlardan sonra yaydığı bəyanatda deyilir.

“Telefon danışığı zamanı Prezident Əhməd əş-Şəraa iki ölkə arasında güclü strateji əlaqələrin olduğunu və Suriyanın Suriya xalqının maraqlarına cavab verdiyi və həmçinin təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyi təqdirdə əməkdaşlığa açıq olduğunu vurğulayıb”, - məlumatda bildirilir.

Putin isə öz növbəsində Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb. Rusiya Prezidenti Suriyanın müvəqqəti hökumətinin xarici işlər nazirini Rusiyaya səfərə dəvət edib.


Xəbər xətti

13 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin