Misir prezidenti Trampın Qəzza planını müzakirə etməkdən imtina etdi

20:15 - 12 Fevral 2025

Misir prezidenti Trampın Qəzza planını müzakirə etməkdən imtina etdi

Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin köçürülməsi planının gündəliyə daxil ediləcəyi təqdirdə danışıqlarda iştirak etmək üçün ABŞ-yə getməyəcək.

 

Manset.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

“ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından çıxarılması ilə bağlı planı müzakirə olunacaq məsələlər siyahısına daxil ediləcəyi halda Misir prezidenti Əbdülfəttah əs-Sisi Ağ Evdə danışıqlarda iştirak etmək üçün Vaşinqtona getməyəcək”, - məlumatda qeyd olunub.

“Al Qahera News” daha əvvəl bildirmişdi ki, Misir hakimiyyəti İsrail və ABŞ rəsmilərinin Qəzza sakinlərinin köçürülməsi ilə bağlı bəyanatlarından narazıdır.


Xəbər xətti

12 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin