Putin Suriyanın prezidenti ilə telefon danışığı apardı

18:35 - 12 Fevral 2025

Putin Suriyanın prezidenti ilə telefon danışığı apardı

Rusiya prezidenti Vladimir Putin Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şəra ilə telefon danışığı zamanı Ərəb Respublikasındakı vəziyyəti müzakirə edib.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Suriyadakı mövcud vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb. Rusiya tərəfi Suriya dövlətinin birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib”, - məlumatda bildirilib.

Putin Rusiyanın Suriyada vəziyyətin yaxşılaşmasına, o cümlədən humanitar yardım göstərməyə bundan sonra da hazır olduğunu vurğulayıb.

Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişafı üçün təmasları davam etdirməklə bağlı razılığa gəliblər.


Xəbər xətti

12 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin